ABŞ Suriyaya xüsusi təyinatlılar, Türkiyəyə isə hərbi təyyarələr göndərir

ABŞ Suriyaya xüsusi təyinatlılar, Türkiyəyə isə hərbi təyyarələr göndərir
# 30 oktyabr 2015 20:20 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama 50-dək xüsusi təyinatlının Suriyanın şimalına göndərilməsinə dair sərəncam verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərinə görə, Ağ Ev nümayəndəsi məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, ABŞ hərbçiləri İŞİD-lə mübarizədə koordinasiya dəstəyi göstərəcəklər.

Bundan əlavə, İŞİD-in mövqelərinə zərbələrin intensivliyinin artırılması məqsədilə Türkiyənin “İncirlik” hərbi bazasına A-10 tipli hücumçu və F-15 qırıcı təyyarələr göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR