Bakı-APA. Yaponiyanın Kaidzu şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, bu barədə NHK telekanalı xəbər verib.
Naməlum sürücü idarə etdiyi avtomobillə bir qrup məktəblini vurub. Nəticədə 10-12 yaşlı məktəblilərdən 7-si müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.