SOCAR ötən il neft hasilatını azaldıb

SOCAR ötən il neft hasilatını azaldıb
# 01 fevral 2016 09:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin dekabr ayında SOCAR tərəfindən 577,6 min ton neft hasil edilib.

"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu göstərici 2014-cü ilin dekabr ayı ilə müqayisədə 7,4% azdır. Ötən ilin noyabr ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 14,2% azdır.

2015-ci ildə isə SOCAR tərəfindən 8 160,5 min ton neft hasil edilib ki, bu da 2014-cü illə müqayisədə 1,9% azdır.

Ötən ilin dekabr ərzində ölkə üzrə 3 359,3 min ton neft hasil edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,4% azdır. Ötən ilin noyabr ayı ilə müqayisədə isə bu rəqəm 2,6% çoxdur.

2015-ci ildə ölkə üzrə ümumilikdə 41 486 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin yekunları ilə müqayisədə 1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR