Bu həftə məntəqə seçki komissiyalarında seçici siyahılarının yerləşdirilməsi prosesi başa çatacaq

Bu həftə məntəqə seçki komissiyalarında seçici siyahılarının yerləşdirilməsi prosesi başa çatacaq
# 24 sentyabr 2015 10:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu həftə Məclisə keçiriləcək seçkilərlə əlaqədar məntəqə seçki komissiyaları tərəfindən seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarının təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən məntəqə seçki komissiyası seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını seçicilərə bu barədə məlumat verməklə səsvermə gününə azı 35 gün qalmış təqdim edir və bunun üçün müvafiq şərait yaradır.

Seçici siyahıları səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir. Milli Məclisə seçkilərlə əlaqədar məntəqə seçki komissiyaları sentyabrın 27-dək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını təqdim etməlidir. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən qaydada təsdiq edildikdən sonra Seçici siyahılarının Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR