Mingəçevirdə oğurluq edən iki yeniyetmə tutulub

Mingəçevirdə oğurluq edən iki yeniyetmə tutulub
# 30 yanvar 2016 13:54 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində 3 ərzaq mağazasından oğurluq edən şəxslər tutulub. APA-nın yerli bürosunun xəbərinə görə, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı şəhərin müxtəlif ünvanlarında oğurluq edən yetkinlik yaşına çatmayan Mingəçevir sakinləri - Rəsulov Səbuhi Cuma oğlu və Əhmədov Pərviz Xanoğlan oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil veriliblər.

Onlar ilkin dindirilmə zamanı mağazalardan oğurluq etdiklərini etiraf ediblər.

Məlum olub ki, 17 yaşlı oğrular qabaqcadan əlbir olaraq qrup şəkilində birləşərək şəhərdə 2 gecədə 3 ərzaq mağazasını yarıblar. Yeniyetmələr oğurluq hadisələrini də bənzər şəkildə törədiblər. Belə ki, gecə saatlarında kəlbətin və bıçaqla mağazaların dam örtüyünü deşərək oradan içəri daxil olublar və mağazadan pul, siqaret, kontur və qida məhsullarını toplayaraq qaçıblar. Sonuncu oğurluğu Mingəçevir sakini Araz Pənahova məxsus mağazadan edərək qaçsalar da isti izlərlə tutulublar. Hazırda onların başqa oğurluq hadisələrində iştirakının olub-olmadığı araşdırılır.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR