Bakıda 600-dən çox piyada zolağı yenidən rənglənib

Bakıda 600-dən çox piyada zolağı yenidən rənglənib
# 14 oktyabr 2015 09:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təhsil müəssisələrinin yaxınlığında yerləşən küçə və prospektlərdə piyada keçidlərinin rənglənməsi işləri həyata keçirilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə 187 təhsil müəssisəsinin ətrafında yerləşən küçə və prospektlərin zəruri olan yerlərin yeni piyada zolaqları çəkilib, mövcud olanları isə yenidən rənglənib. Aparılmış işlər nəticəsində vətəndaşların yolun hərəkət hissəsindən keçməsi daha təhlükəsiz olub və rahatlaşıb.

Küçə və prospektlərdə də anoloji işlər uğurla icra olunub və bu istiqamətdə işlər hal-hazırda davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən planlı şəkildə həyata keçirilmiş işlər nəticəsində ümumilikdə Bakı şəhəri üzrə 600-dən çox piyada zolağı yenidən rənglənib və yeniləri çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR