Bakıda Türkiyə vətəndaşının telefonunu oğurlayan şəxs saxlanılıb

Bakıda Türkiyə vətəndaşının telefonunu oğurlayan şəxs saxlanılıb
# 21 may 2016 10:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Türkiyə vətəndaşının telefonunu oğurlayan şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 17-də Səbail rayonunda Türkiyə vətəndaşı Serhat Polada məxsus mobil telefon oğurlanıb.


Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elnur Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR