İSESCO baş katibi: “Azərbaycan sülhə nail olmaq baxımından beynəlxalq səhnədə çox böyük rol oynayır”

İSESCO baş katibi: “Azərbaycan sülhə nail olmaq baxımından beynəlxalq səhnədə çox böyük rol oynayır”
# 27 aprel 2016 12:59 (UTC +04:00)

APA-nın məlumatın görə, bunu İSESCO-nun baş katibi Əbdüləziz Əl Tüveycri deyib.

O bildirib ki, Azərbaycanda müxtəlif mədəniyyətlərə dözümlülük, qarşılıqlı anlaşma var: “İnsanlar birgə, mehriban yaşayır. Azərbaycan irəliləyişə və inkişafa nail olub. Paytaxt Bakı şəhəri dialoq, konfrans və forumlar üçün platformaya çevrilib. Burada yüksək səviyyəli görüşlər keçirilir. Azərbaycan tolerant, sülhsevər, proqresiv, zəngin tarixi olan ölkədir. Eyni zamanda qapılarını dünyada hər kəsin üzünə açıb. Azərbaycan müxtəlif dini qrupların birlikdə harmoniya şəklində yaşadığı yerdir. Dünyanın digər bir çox yerlərində bu, yoxdur. Bu, Azərbaycanın üstünlüyüdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR