“Anderlext” - “Qarabağ” oyunu üçün təhlükəsizlik tədbirləri gücləndirilir

“Anderlext” - “Qarabağ” oyunu üçün təhlükəsizlik tədbirləri gücləndirilir
# 09 dekabr 2015 10:02 (UTC +04:00)

Bakı – APA. “Anderlext” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirəcəyi oyuna ciddi hazırlaşır. Apasport.az saytının Belçika mətbuatına istinadən məlumatına görə, klub rəhbərliyi təhlükəsizlik tədbirlərini xeyli gücləndirib.

Brüssel şəhərinin meri də azarkeşlərə səslənib.

O, azarkeşləri stadiona daha erkən saatda gəlməyə çağırıb. Bunun üçün klub rəhbərliyi hətta xüsusi təhlükəsizlik personalı ilə anlaşma imzalayıb. Bütün azarkeşlərin çantaları tək-tək yoxlanılacaq, plastik qablar stadiona buraxılmayacaq.

Petardaların stadionda partladılmasının insanlar arasında çaxnaşma yarada biləcəyini nəzərə alan rəhbərlik buna qəti surətdə qadağa qoyub. Buna əməl etməyən azarkeşlərə çox ağır cəzalar tətbiq ediləcək. Bundan əlavə, şəhərin meri azarkeşlərdən matçın fasiləsində yerlərini tərk etməməyi xahiş edib.

Qeyd edək ki, “Anderlext” – “Qarabağ” oyunu sabah “Konstant Vanden Stok” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR