Turizmin inkişafındakı xidmətlərinə görə bir qrup şəxs təltif olunub

Turizmin inkişafındakı xidmətlərinə görə bir qrup şəxs təltif olunub
# 28 sentyabr 2016 09:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Xalça Muzeyində turizm işçilərinin peşə bayramı münasibətilə sektor nümayəndələrinin təltifolunma mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev Dünya Turizm Günü və ölkəmizdə ilk dəfə qeyd olunan “Turizm işçiləri günü” peşə bayramı münasibətilə sektor nümayəndələrini təbrik edib. Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) proqram və koordinasiya üzrə icraçı direktoru Zoltan Somogyi və digər çıxış edənlər Dünya Turizm Günü münasibətilə təbriklərini çatdırıblar.

Mərasimdə daha sonra UNWTO-nun baş katibi Taleb Rifainin videomüraciəti yayımlanıb.

Ə. Qarayev ölkəmizdə turizmin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup şəxsə Mədəniyyət və Turizm Nazirliyin “Fəxri turizm işçisi” döş nişanını təqdim edib. Mükafatlar Bəxtiyar Qılıncov, Ruslan Quliyev, Eldar Əlmuradov, Zakir Əliyev, İbrahim Əliyev, Bəşir Hacıyev, Nasir İmaməliyev, Dadaş Maksudov, Rauf Paşayev və başqalarına təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR