Təhsil Nazirliyi: Bu il 12 təhsil müəssisəsi qazlaşdırılıb

Təhsil Nazirliyi: Bu il 12 təhsil müəssisəsi qazlaşdırılıb
# 25 dekabr 2015 10:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2015-ci ildə ölkə üzrə 19 ümumi təhsil müəssisəsi, 7 internat məktəb, 2 ali təhsil, 4 orta ixtisas təhsili, 3 ilk peşə-ixtisas təhsili, 2 məktəbdənkənar təhsil müəssisəsində tikinti, əsaslı təmir və ya yenidənqurma işləri aparılıb. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 72 təhsil müəssisəsində cari təmir işləri, 1 təhsil müəssisəsində abadlaşdırma işləri, 112 təhsil müəssisəsində kommunikasiya şəbəkəsinin yenilənməsi işləri başa çatdırılıb, eləcə də 12 təhsil müəssisəsi qazlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR