Bakıda 80 yaşlı kişi arvadını öldürüb

Bakıda 80 yaşlı kişi arvadını öldürüb
# 21 aprel 2016 07:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda qətl törədilib.

Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Rayon sakini, 80 yaşlı Abbasəli Hüseynov həyat yoldaşı, 80 yaşlı Nisə Kərimovanı bıçaqlayaraq öldürüb.

Hadisəni törədən A. Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR