Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
# 30 noyabr 2015 07:30 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Gəncə-Göygöl avtomobil yolunda qeydə alınıb. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Zaur Nəbiyev idarə etdiyi “VAZ 21099” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Göygöl rayon sakini, 1986-cı il təvəllüdlü Mobil Mansurovu vurub. Ağır bədən xəsarəti alan M. Mansurov hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR