® Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Beynəlxalq Ərəb dili Gününə həsr olunmuş tədbir keçirilib

<font color=red>® </font> Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Beynəlxalq Ərəb dili Gününə həsr olunmuş tədbir keçirilib
# 19 dekabr 2015 07:51 (UTC +04:00)

Bakı - APA. Dekabrın 18-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri, xanım Suzan Cəmil Nuh , Misir Ərəb Respublikası səfirliyinin bir qrup əməkdaşı və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri doktor Əhməd Sami Elaydi iştirak ediblər.

Kompleksin şagirdlərinin ərəb dilində çıxışları, rəngarəng musiqi və rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda Kompleksin direktoru dosent Sevinc Rzayeva çıxış edərək, qonaqlara təbriklərini çatdırıb. O, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində xarici dillərin, o cümlədən ərəb dilinin tədrisinə böyük diqqət yetirildiyini vurğulayıb.

Xanım Suzan Cəmil Nuh Kompleksin rəhbərliyinə, müəllim və şagirdlərə belə yaddaqalan, məzmunlu tədbirə görə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR