® İqbal Ağazadə təşviqat kampaniyasına start verib

<font color=red>® </font>İqbal Ağazadə təşviqat kampaniyasına start verib
# 26 may 2016 16:29 (UTC +04:00)

90 Saylı Ağdaş Seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadənin bu gün seçki təbliğatına başlanılıb.

İqbal Ağazadənin seçki qərargahının məlumatında bildirilir ki, böyük bir heyətlə Ağdaş şəhərinin mərkəzində və kəndlərində bu prosesə start verilib.

"Məqsədimiz kəndbəkənd, qapı-qapı gəzib, namizədimiz haqda seçicilərə daha ətraflı məlumat vermək, namizədimizi hər bir seçiciyə tanıtmaq və onların səsini qazanmaqdır. Təşviqat kompaniyasının başlanğıcı çox möhtəşəm və uğurlu oldu.

İlk tədbirin gedişinə öyrədilmiş şəxslərin müdaxiləsi olsa da, rayon sakinlərinin köməyi ilə bunun qarşısı alınıb. Buna görə bütün Ağdaş rayon sakinlərinə təşəkkürümüzü bildiririk.

Seçki qərargahı inandığını bildirir ki, aidiyyəti qurumlar, Mərkəzi Seçki Komissiyası baş verən qanunsuzluqların qarşısını tezliklə alacaq, təşviqat kampaniyasının Seçki Məcəlləsinin tələbinə uyğun olaraq keçirilməsini təmin edəcək", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR