Əhməd Davudoğlu Ukraynaya rəsmi səfərə gedib

Əhməd Davudoğlu Ukraynaya rəsmi səfərə gedib
# 15 fevral 2016 10:41 (UTC +04:00)

Bakı - APA. Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynaya səfər edib.

APA-nın "censor.net" saytına istinadən vediyi məlumata görə, səfər Ukraynanın baş naziri Arseni Yatsenyukun dəvəti ilə həyata keçirilir.

Ə. Davudoğlu Kiyevdə həmkarı A. Yatsenyuk, prezident Pyotr Porpşenko, Ali Radanın sədri Vladimir Qroysman və digər rəsmi şəxslərlə görüşəcək. Onun Krım tatarlarının lideri, Ukrayna prezidentinin müşaviri Mustafa Cəmiloğlu və Krım tatar icmasının nümayəndələri ilə görüşləri də planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR