Bakı və Abşerondakı sürüşmə sahələrində vəziyyət açıqlanıb

Bakı və Abşerondakı sürüşmə sahələrində vəziyyət açıqlanıb
# 01 avqust 2016 11:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Respublika ərazisində mühüm sürüşmə obyektlərinin vəziyyəti haqqında iyul ayına olan vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, ötən ay Bayıl, Badamdar, Əhmədli, Əhmədli-1, Əhmədli-2, Qaraçuxur, N. Nərimanov dairəsi, N. Nərimanov döngəsi sürüşmə sahələrində ümumilikdə aktivləşmə müşahidə olunmayıb. O bildirib ki, iyul ayında Zığ-1 sürüşmə sahəsində sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib.

Ə. Qaralov qeyd edib ki, ötən ay Masazır sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda 1,5-2,2 sm ölçüdə genişlənmələr müşahidə olunub, prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR