Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramı qəbul ediləcək

Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramı qəbul ediləcək
# 18 iyul 2016 23:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2020-ci illər üçün Dövlət Proqramı" qəbul ediləcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016 cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi barədə” 18 iyul 2016-cı il tarixli fərmanında əksini tapıb.

Fərmana əsasən Nazirlər Kabinetinə "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. Eyni zamanda Nazirlər Kabineti kənd təsərrüfatı məhsulları bazarlarında kənd təsərrüfatı kooperativlərinə ticarət yerlərinin verilməsi qaydası və kənd təsərrüfatı kooperativlərinin nəzdində satış şəbəkələrinin təşkili və fəaliyyəti qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan prezidentinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR