Depozit və kreditlər üzrə orta faiz dərəcələri açıqlanıb

Depozit və kreditlər üzrə orta faiz dərəcələri açıqlanıb
# 10 sentyabr 2016 10:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin iyul ayı üzrə Azərbaycan banklarına yatırılan depozit və kreditlər üzrə orta faiz dərəcələri açıqlanıb.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, banklarda manatla yerləşdirilən depozit və kreditlərin iyul ayı üzrə orta faiz dərəcəsi 7,71% təşkil edib. Həmin ayda xarici valyutada yerləşdirilən depozit və kreditlər üzrə orta faiz dərəcəsi 5,14% olub.

Cari ilin iyun ayında banklarda manat və xarici valyutada yerləşdirilən depozit və kreditlər üzrə orta faiz dərəcəsi müvafiq olaraq 7,85% və 5,42% olub. Statistikadan göründüyü kimi, iyulda manatla yerləşdirilən depozitlər və kreditlərin orta faiz dərəcəsində 0,14%-lik azalma müşahidə olur. Xarici valyuta banklarda yerləşdirilən depozit və kreditlərin orta faiz dərəcəsi isə 0,28% azalıb.

Qeyd edək ki, iyulda hüquqi şəxslər tərəfindən manat və xarici valyutada yerləşdirdiyi depozit və kreditlərin orta faiz dərəcəsi müvafiq olaraq 5,63% və 3,47%, fiziki şəxslər - 8,84% və 6,33%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR