Meksikada fabrikdə partlayış baş verib

Meksikada fabrikdə partlayış baş verib
# 23 sentyabr 2016 23:15 (UTC +04:00)

Bakı-APA. Meksikanın paytaxtı Mexiko yaxınlığında fabrikdə güclü partlayış və yanğın baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alanlar xəstəxanaya çatdırılıb. Yanğının böyük bir ərazini əhatə etdiyi, kimyəvi müəssisəyə xeyli ziyanın dəydiyi bildirilir.

İnsidentin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR