“Azər Türk Bank” xaricdə təhsil alan tələbələrə kart hədiyyə edir

“Azər Türk Bank” xaricdə təhsil alan tələbələrə kart hədiyyə edir
# 30 avqust 2016 15:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Sosial məsuliyyəti fəaliyyətində ön planda tutan “Azər Türk Bank” bir müddət əvvəl “Sizinlə Gələcək” kampaniyasına start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniya çərçivəsində yüzlərlə xaricdə təhsil alan tələbələrə bank tərəfindən pulsuz “MasterCard” standart kartı hədiyyə olunub.

“Tələbələrə dəstək məqsədilə təşkil olunmuş kampaniya hələ də davam etməkdədir. Tələbələr xarici universitetdə oxuduğunu təsdiq edən hər hansı rəsmi sənəd və ya tələbə bileti təqdim etməklə bu kampaniyadan yararlana bilər”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR