Bakı Sağlamlıq Mərkəzi: Qeysəriyyə əməliyyatlarının sayı azalıb

Bakı Sağlamlıq Mərkəzi: Qeysəriyyə əməliyyatlarının sayı azalıb
# 28 sentyabr 2016 09:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakı Sağlamlıq Mərkəzində hesabat tədbiri keçirilib. APA-nın xəbərinə görə, mərkəzin direktoru Hikmət Həsənov bildirib ki, çoxprofilli mərkəzdə 136 həkim, 59 rezident və 257 tibb bacısı əhalinin sağlamlığına xidmət edir. Onun sözlərinə görə, mərkəz 550 çarpayıdan ibarət 13 şöbədən təşkil olunub: "8 ay ərzində bu şöbələrdə 7225 xəstə müalicə və müayinədən sonra sağalma ilə evə yazılıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,1% çoxdur. 7225 xəstədən 1800 nəfəri doğum şöbəsindən, 1752 nəfəri endokrinologiya şöbəsindən, 1001 nəfəri terapiya şöbəsindən, 971 nəfəri cərrahiyyə şöbəsindən, 904 nəfəri nevrologiya, 618 nəfəri burun-qulaq-boğaz, 92 nəfər yeni doğulmuşların patologiyası şöbəsindən evə yazılıb”.

Qeyd olunub ki, BSM-də 8 ay ərzində 2116 əməliyyat icra edilib. Əməliyyatların sayı 2015-ci ilin 8 ayı ilə müqayisədə 34% artıb. Burun-qulaq-boğaz əməliyyatları 8%, ümumi cərrahi əməliyyatlar 19,2%, ginekoloji əməliyyatlar 6,8% artıb. Qeysəriyyə əməliyyatlarının sayı isə ötən illə müqayisədə 8% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR