Əfqanıstanda yerli hərbçi geyimində olan şəxslər NATO hərbçilərini qətlə yetiriblər

Əfqanıstanda yerli hərbçi geyimində olan şəxslər NATO hərbçilərini qətlə yetiriblər
# 08 may 2016 00:22 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda silahlı şəxslərin hücumu nəticəsində NATO-nun iki hərbçisi ölüb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, hücum edən şəxslər yerli hərbçi geyimində olublar. İnsident ölkənin cənub bölgəsində baş verib.

Cavab atəşi ilə hücum edənlər öldürülüb.

Baş vermiş insidentə görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR