Nazir: "Azərbaycanda yeni turizm rekreasiya zonalarının yaradılması üçün işlər görülür"

Nazir: "Azərbaycanda yeni turizm rekreasiya zonalarının yaradılması üçün işlər görülür"
# 19 avqust 2016 10:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəki şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür.

Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib. O qeyd edib ki, yeni turizm rekreasiya zonalarının yaradılması istiqamətində mühüm işlər görülür. Bu il ölkəmizə Rusiya, Qazaxıstan, İran, Körfəz ölkələri və dünyanın müxtəlif ölkələrindən gələn turistlərin sayında xeyli artım müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR