Bakıtjan Sagintayev Qazaxıstanın baş naziri təyin edilib

Bakıtjan Sagintayev Qazaxıstanın baş naziri təyin edilib
# 09 sentyabr 2016 15:21 (UTC +04:00)

Bakı – APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıtjan Sagintayevi baş nazir postuna təyin edib.

APA-nın “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər yayıb.

B. Sagintayev bu vaxtadək Kərim Məsimovun hökumətində baş nazirin I müavini olub. Müxtəlif vaxtlarda o, regional inkişaf naziri, Pavlodar vilayətinin akimi vəzifələrində çalışıb.

Qeyd edək ki, sentyabrın 8-də K. Məsimov baş nazir vəzifəsindən azad olunaraq Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR