Fransada ölənlərin sayı 84 nəfərə çatıb - YENİLƏNİB-5

Fransada ölənlərin sayı 84 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-5
# 15 iyul 2016 08:12 (UTC +04:00)

Bakı-APA. Fransanın Nitsa şəhərində törədilən terror hadisəsi nəticəsində ölənlərin sayı 84-ə çatıb.


APA-nın xəbərinə görə, hazırda xəstəxanalarda 100-dək insanın müalicə olunduğu bildirilir. Onlardan 50 nəfərinin vəziyyəti ağırdır.

***

04:47

Bakı-APA. Nitsada törədilən terror aktı nəticəsində ölənlərin sayı 80 nəfəri keçib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə RTBF telekanalı məlumat yayıb.

“İlkin məlumata görə, ölənlərin sayı 80 nəfəri keçib, 100-dən çox insan yaralanıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb.

Rəsmi qurumlar hadisəni terror aktı adlandırıb.

**** 03.17

Bakı-APA. Fransanın Nitsa şəhərində törədilən hücum nəticəsində azı 73 nəfər ölüb, 120-dən çoxu yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər məlumat yayır.

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. Bundan sonra avtomobildə olan naməlum şəxslər adamlara atəş açıb.

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda iştirak edən digər şəxslər barədə məlumat verilmir.

***** 02.25

Bakı-APA. Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 60-a çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nitsa şəhərinin prokuroru bildirib.

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. Bundan sonra naməlum şəxslər insanlara atəş açıb.

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda iştirak edən digər şəxslər barədə məlumat verilmir.

***** 02.13

Bakı-APA. Fransanın Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, insident nəticəsində 50 nəfər ölüb.

BMF TV telekanalının məlumatına əsasən, naməlum şəxslər tərəfindən idarə olunan və yüksək sürətlə hərəkət edən iritonnajlı yük maşını izdihama çırpılaraq, bir neçə yüz metr insanların üzərindən keçib.

Bundan başqa, yük maşınında olan şəxslərin insanlara atəş açdığı bildirilir.

Hadisə yerinə polis və həkim briqadaları cəlb olunub.

Rəsmi qurumlar şəhər sakinlərini evlərini tərk etməməyə çağırıb. Hadisənin baş verdiyi ərazidə polis “qapalı zona” yaradıb, hadisə yeri mühasirəyə alınıb.

****** 01.52

Bakı-APA. Fransanın Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, izdihama çırpılan yük maşınında olan silahlı şəxslər daha sonra insanları atəşə tutublar.

Hücum nəticəsində onlarla insanın öldüyü, çoxlu sayda yaralıların olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR