ABŞ səfiri: “Forumda iştirak etmək mənim üçün çox maraqlı idi”

ABŞ səfiri: “Forumda iştirak etmək mənim üçün çox maraqlı idi”
# 27 aprel 2016 14:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Bu forumda iştirak etmək mənim üçün həqiqətən çox maraqlı idi. Müzakirələr zamanı maraqlı mövzulara toxunuldu. Onlardan biri də inklüziv cəmiyyət mövzusu idi".

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə bağlı fikirlərini bölüşərkən deyib. Səfir zorakı ekstremizmə qarşı fəaliyyətlərin də müzakirə mövzusu olduğunu diqqətə çatdırıb: "Müzakirələr zamanı gənclərin, qadınların cəmiyyətdə rolu, iqtisadi təsirlərdən də danışıldı. Mədəniyyətlərarası mükafatın təqdimatında da iştirak etdim. Çox şadam ki, bu mükafatçıların alıcısı sırasında ABŞ təmsilçiləri də olub. Bu, bir qrupdur. Dünyanın müxtəlif yerlərində - Qana, Keniya kimi ölkələrdə səbətlər hazırlanır. Bu qrup bu səbətlərin satılmasına kömək edir. Bu qrup alıcılar və satıcılar arasında əlaqələrin yaradılmasına yardım edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR