ABŞ-da bıçaqlı şəxs kilsədə insanlara hücum edib

ABŞ-da bıçaqlı şəxs kilsədə  insanlara hücum edib
# 14 avqust 2016 20:11 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Boulinq-Qrin şəhərində (Kentukki ştatı) bıçaqla silahlanmış naməlum şəxs kilsədə insanlara hücum edib.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.


O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, cinayətkar saxlanılıb.


Cinayətin motivi barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR