Gəncədə atasının rəhbəri olduğu holdinqin nümayəndəliyindən oğurluq edən şəxs saxlanılıb

Gəncədə atasının rəhbəri olduğu holdinqin nümayəndəliyindən oğurluq edən şəxs saxlanılıb
# 02 oktyabr 2016 17:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bir neçə gün əvvəl ölkədə fəaliyyət göstərən holdinqlərdən birinin Gəncə nümayəndəliyindən içində pul olan kassanı aparan şəxslər saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində holdinqlərdən birinin Gəncə nümayəndəliyindən içində pul olan kassanı aparan iki nəfər, 1992-ci il təvəllüdlü Asif Əliyev və onun əmisi oğlu və həmyaşıdı olan Vasif Əliyev Bakı şəhərində saxlanılıblar.

Onların kassadan götürdükləri 39 min 400 manat və 5700 dollar və holdinqin yaddaş aparatlarının kartları polis əməkdaşları tərəfindən geri götürülüb. Saxlanılan şəxslər istintaqa təhvil verilib. Məlumata görə saxlanılan Asif Əliyev holdinqin Gəncə nümayəndəliyinin rəhbərinin oğlu, Vasif Əliyev isə onun qardaşı oğludur.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR