Çin və Tayvan liderləri 1949-сu ildən bəri ilk dəfə görüşəcəklər

Çin və Tayvan liderləri 1949-сu ildən bəri ilk dəfə görüşəcəklər
# 03 noyabr 2015 19:54 (UTC +04:00)

Bakı-APA. Sinqapurda Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin və Tayvan prezidenti Ma İntzsyu arasında görüş keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə “The Guardian” qəzeti Tayvan liderinin nümayəndəsinə istinadən yazıb.

Bu, 1949-cu ildən bəri, vətəndaş müharibəsindən sonra Çin və Tayvan liderlərinin ilk görüşüdür. “Tərəflər birgə maraq doğuran məsələləri müzakirə edəcək. Görüşün məqsədi iki ölkə arasında sülh və əmin-amanlığı təmin etməkdir”, deyə Ma İntzsyunun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, görüşdə hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb. Tərəflər mətbuat üçün açıqlama da verməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR