RF-in energetika naziri: “Türkiyəyə veriləcək qazın qiymətində endirim məsələsi müzakirə olunmur”

RF-in energetika naziri: “Türkiyəyə veriləcək qazın qiymətində endirim məsələsi  müzakirə olunmur”
# 09 avqust 2016 18:54 (UTC +04:00)

Bakı-APA. Türkiyəyə veriləcək qazın qiymətində endirim məsələsi gündəmdə deyil.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

“Bu məsələ gündəmə çıxarılmayıb və müzakirə olunmayıb. İndiki vəziyyət iki il əvvəlkindən fərqlidir, çünki, birincisi, qiymətlər xeyli aşağı düşüb və hazırkı kontrakt qiymətlərinin formulu üzrə təklif edilən qiymətlər kifayət qədər rəqabətli və bazara uyğundur, bu səbəbdən, qeyd olunan məsələ sadəcə olaraq gündəmdə yoxdur”, - deyə Novak bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR