Azərbaycan XİN rəhbəri GUAM-ın baş katibini qəbul edib

Azərbaycan XİN rəhbəri GUAM-ın baş katibini qəbul edib
# 08 fevral 2016 15:10 (UTC +04:00)

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

E. Məmmədyarov hazırda GUAM sədr ölkə kimi Azərbaycanın üzv dövlətlər arasında nəqliyyat, turizm, enerji, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına töhfəsini vurğulayıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR