Samuxda fəhləni cərəyan vuraraq öldürüb

Samuxda fəhləni cərəyan vuraraq öldürüb
# 17 iyul 2016 19:58 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda fəhləni cərəyan vuraraq öldürüb.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Ziyadlı kəndində qeydə alınıb.

1984-cü il təvəllüdlü Zaur Əsgərov iş zamanı yüksək gərginlikli elektrik naqillərinə toxunub və cərəyan onu vuraraq öldürüb.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR