Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib
# 22 iyul 2016 13:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiq edib. APA-nın xəbərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Quluzadə Ramin Namiq oğlu

- Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Kollegiyanın üzvləri:

Abdullayev Əli İzzət oğlu

- Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Məmmədov İltimas Əhməd oğlu

- Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Vəlizadə Elmir Tofiq oğlu

- Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Məmmədov Rövşən Həmid oğlu

- Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri

Məmmədov Tahir Nadir oğlu

- Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri

Əsədov Elnar Tahir oğlu

- Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru

"Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 115 nömrəli qərarı ləğv edilib.

Qərar imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR