Bahar Muradova: “Türkiyə və Rusiya arasında baş verən proseslərə biganə qala bilmərik”

Bahar Muradova: “Türkiyə və Rusiya arasında baş verən proseslərə biganə qala bilmərik”
# 30 noyabr 2015 13:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Biz təəssüf edirik ki, dünyada onsuz da gərgin olan bir durumda belə bir insident baş verib. İnanmaq istəyirəm ki, Türkiyə və Rusiya rəhbərliyi bu insidentin tərəfləri böyük fəlakətə sürükləyə biləcək qarşıdurmaya gətirib çıxarmasına izn verməyəcək və bu problem aradan qaldırılacaq”.


APA-nın məlumatına görə, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. O bildirib ki, Azərbaycan yaranmış duruma görə narahat olur və təəssüf hissi keçirir: “Azərbaycanın Rusiya ilə çox gözəl əlaqələri var, bu, strateji tərəfdaşlığa söykənir. Türkiyə Azərbaycana yaxın və qardaş ölkədir. Türkiyə və Rusiya arasında baş verən proseslərə biganə qala bilmərik, narahatlığımızı da buna görə ifadə edirik. Azərbaycan olaraq iki ölkə arasında münasibətlərin normallaşması üçün hansı imkanlar varsa, bu imkandan istifadə etməyə cəhd göstəririk ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR