Bakıda 29 yaşlı oğlan bıçaqlanıb

Bakıda 29 yaşlı oğlan bıçaqlanıb
# 02 fevral 2016 00:19 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatlna görə, 29 yaşlı İqbal Hüseynov Naxçivanski küçəsində bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralıda 4 bıçaq xəsarəti aşkarlayıblar.

Hadisə barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat verilib. Yaralının vəziyyəti ağır olduğundan, onu dindirmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR