"Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edilib

"Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edilib
# 27 iyul 2016 08:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib. APA-nın xəbərinə görə, baş nazirin birinci müavini Yaqub Eyyubovun imzaladığı qərarla Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “53 İqtisad elmləri” bölməsində “Elm sahələri və ixtisaslar” sütununa “Ekonometriya” sözündən sonra “iqtisadi statistika” sözləri əlavə edilib.

Qərar imzalandığı gündən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR