Gürcüstan XİN: Türkiyə Gürcüstana viza tətbiq etməyəcək

Gürcüstan XİN: Türkiyə Gürcüstana viza tətbiq etməyəcək
# 08 yanvar 2016 10:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkiyə Gürcüstana viza rejimi tətbiq etməyəcək.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. “Biz Türkiyədəki səfirimizlə danışdıq. O bildirdi ki, Türkiyə informasiya saytlarında yayılan bu məlumat Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təkzib edilib”, - deyə XİN-dən qeyd olunub.

Gürcüstanın xarici işlər naziri Mixael Canelidze də Türkiyənin Gürcüstanla vizasız rejimi ləğv etməsi üçün hər hansı səbəb olmadığını söyləyib: “Biz iki ölkə arasında vizasız rjimin dəyişməsinə səbəb olacaq bir şərait və ya zərurət görmürük”.

Qeyd edək ki, Türkiyə saytları Türkiyənin Avropa İttifaqı ilə imzaladığı viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyunundan etibarən Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycan və Gürcüstana viza rejimi tətbiq edəcəyi ilə bağlı məlumat yayıb. Artıq Türkiyənin Azərbaycandakı səfirliyi də məlumatı təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR