Şəkidə azyaşlını sahibsiz it dişləyib

Şəkidə azyaşlını sahibsiz it dişləyib
# 01 sentyabr 2016 07:45 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə azyaşlını sahibsiz it dişləyib.


Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 31-i saat 21.00 radələrində rayonun Göybulaq kənd sakini 2007-ci il təvəllüdlü Azər Arif oğlu Məhərrəmov it dişləməsi şikayəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Azər Məhhərəmov yaşadığı kəndin inzibati ərazisində otlayan xırdabuynuzlu heyvanları evə gətirərkən sahibsiz itin hücumuna məruz qalıb. Azər Məhərrəmova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR