Vergilər Nazirliyinin proqnoz tapşırığına 101,4% əməl edib

Vergilər Nazirliyinin proqnoz tapşırığına 101,4% əməl edib
# 14 aprel 2016 13:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Vergilər Nazirliyi 2016-cı ilin yanvar-mart ayları ərzində vergi daxilolmaları haqqında məlumatı açıqlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 3 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 542 mln. 401,2 min manat vəsait daxil olub. Bununla da Vergilər Nazirliyi proqnoz tapşırığına 101,4% əməl edib.

Hesabat dövründə 28 min 434 vergi ödəyicisi qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR