Poroşenko Savçenkoya Avropa liderləri ilə görüşlər keçirməyi təklif edib

Poroşenko Savçenkoya Avropa liderləri ilə görüşlər keçirməyi təklif edib
# 29 may 2016 00:57 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyada 22 il həbs cəzasına məhkum olunan, lakin bir neçə gün əvvəl rusiyalı zabitlərlə dəyişdirilərək vətəninə qayıdan təyyarəçi Nadejda Savçenkoya Avropanın bir neçə ölkəsinə səfər etməyi və Avropa liderləri ilə görüşməyi təklif edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna prezidentinin mətbuat şurasının məlumatına əsasən, Poroşenko Savçenkoya ABŞ-ın vitse-prezidenti Cozef Baydenin və Avropa Parlamentinin prezidenti Martin Şultsun salamlarını çatdırıb.

“Prezident Savçenkoya Avropanın bir neçə ölkəsinə səfər etməyi və Avropa liderləri ilə görüşməyi təklif edib”, -deyə məlumatda bildirilir.

Savçenko prezidentlə görüşündə beynəlxalq istiqamətdə fəaliyyət göstərməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR