Türkiyə prezidentinin baş müşaviri: “FETÖ-nun ən ciddi strukturlaşmalarından (yapılanma) biri Azərbaycandadır”

Türkiyə prezidentinin baş müşaviri: “FETÖ-nun ən ciddi strukturlaşmalarından (yapılanma)  biri Azərbaycandadır”
# 06 avqust 2016 09:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “FETÖ-nun ən ciddi strukturlaşmalarından (yapılanma) biri Azərbaycandadır”.

APA-nın “trthaber.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidentinin baş müşaviri Cemil Ertem “Sənaye və İş adamları Dərnəyi” (TÜMSİAD) tərəfindən təşkil edilən konfransda 15 iyul hərbi çevrilişə cəhdlə bağlı danışarkən bildirib.

FETÖ-nun TANAP-ı əngəlləmək, PETKİM-i yox etmək kimi hədəfləri olduğunu, PETKİM-in FETÖ tərəfindən işğal edildiyini deyən C. Ertem onun təkcə ordu deyil, iqtisadi sahədə də ciddi şəkildə təşkilatlandığını diqqətə çatdırıb:

“Xəzər –Şahdəniz qaynaqları Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyətə malikdir. TANAP layihəsi reallaşan zaman Türkiyə-Azərbaycan qardaşlığı iqtisadi baxımdan zirvəyə yüksələcək. TANAP bəlkə də bölgədəki ən önəmli layihələrdən biridir. FETÖ bu layihələri əngəlləmək, iki ölkə qardaşlığına balta vurmaq üçün ən ciddi Azərbaycanda təşkilatlandı. Təşkilat ən effektiv şəkildə Azərbaycanın enerji şirkətlərində təşkilatlanmışdır”,-deyə C. Erdem qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR