Dələduzluq törətmiş şəxsin apellyasiya şikayətinə baxılır

Dələduzluq törətmiş şəxsin apellyasiya şikayətinə baxılır
# 24 may 2016 07:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasisya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətləb Nağıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 6-na təyin edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Nağıyev 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Lakin o, hökmdən narazı qalaraq cəzasının azaldılması barədə apellyasiya şikayəti verib.

Qeyd edək ki, M.Nağıyev ötən il dələduzluqda təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR