Bakı Dənizkənarı Bulvarda Global Village festivalı keçirilib

Bakı Dənizkənarı Bulvarda Global Village festivalı keçirilib
# 08 avqust 2016 18:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Dənizkənarı Bulvarda Global Village festivalı keçirilib.

APA-nın məlumatına görə, festival AIESEC Azərbaycan təşkilatı tərəfindən, “Nar” mobil operatorunun və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə baş tutub.

Festivalda qeyd olunub ki, Global Village AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilir. Mədəniyyət festivalında dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr bir yerə toplaşıblar.

Tədbirin məqsədi müxtəlif ölkələrin musiqisi və rəqslərini ifa etməklə mədəni anlaşma və tolerant münasibəti təbliğ etməkdir.

Festivalda dünyanın 30-dan çox ölkəsindən könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edib. Könüllülər “Light It Up”, “Golden Horse”, “Fireflies”, “World for Kids” kimi layihələrin iştirakçılarıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR