Ermənistan ordusunun hərbi nəqliyyat vasitələri və canlı qüvvəsi məhv edilib

Ermənistan ordusunun hərbi nəqliyyat vasitələri və canlı qüvvəsi məhv edilib
# 05 mart 2016 10:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. "Martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər".

APA-nın xəbərinə görə, bu məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirən düşmən törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir: "Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdi, eləcə də dinc yaşayış məntəqələrimizin atəşə tutulması Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq, düşmənin Ağdərə, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR