Xaçmazda intihar olub

Xaçmazda intihar olub
# 15 mart 2016 07:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Xaçmazda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Mürşüdoba kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Namiq Hüseynov yaşadığı evin həyətindəki yarımçıq tikilidə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR