Məhkəmə dələduzluqda təqsirləndirilən hakimin vəsatətlərini təmin etməyib

Məhkəmə dələduzluqda təqsirləndirilən hakimin vəsatətlərini təmin etməyib
# 03 oktyabr 2016 09:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi üzrə hazırlıq iclası davam etdirilib.


APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şəxsin vəkili cinayət işinə xitam verilməsi, onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Hakim Fikrət Qəribov qeyd edib ki, təqsirləndirilən şəxs iki il axtarışda olduğu üçün onun ev dustaqlığına buraxılması mümkün deyil.

Vəsatətlər təmin edilməyib.

İş üzrə məhkəmənin baxış iclası oktyabrın 6-na təyin edilib.


Qeyd edək ki, Fəxrəddin Rzayev Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. Fəxrəddin Rzayev 2000-ci ilə qədər Yasamal rayon Məhkəməsində hakim olub. Sonra öz ərizəsi ilə işdən çıxıb. F. Rzayev eləcə də bir müddət Bakı Hərbi Məhkəməsində icra şöbəsinə də rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR