SOCAR: Cənubi Koreyanın "Eximbank"ı ilə uzunmüddətli müqavilə ilin sonunadək imzalanacaq

SOCAR: Cənubi Koreyanın "Eximbank"ı ilə uzunmüddətli müqavilə ilin sonunadək imzalanacaq
# 15 oktyabr 2015 09:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sonuna qədər Sumqayıtda inşa ediləcək Karbamid zavodunun tikintisinin maliyyələşdirilməsi üçün Cənubi Koreyanın "Eximbank"ı ilə uzunmüddətli müqavilə imzalanacaq.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

S. Qasımovun sözlərinə görə, hazırda müqavilənin rəsmiləşdirilməsi istiqamətində işlər gedir.

SOCAR rəsmisi əlavə edib ki, kredit Maliyyə Nazirliyinin zəmanəti ilə alınacaq.

Qeyd edək ki, cəlb olunacaq kreditin məbləği 150 mln. dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR