Ombudsmanın nümayəndələri Müdafiə Nazirliyinin hərbi hissələrinə baxış keçiriblər

Ombudsmanın nümayəndələri Müdafiə Nazirliyinin hərbi hissələrinə baxış keçiriblər
# 24 fevral 2016 14:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsmanın nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin hərbi hissələrinə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Aparatın Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun baş məsləhətçisi Adil Hacıyev Hərbi Hava Qüvvələri (HHQ) Komandanının müavini, polkovnik Elşad Pənahov və Müdafiə Nazirliyinin Şəxsi Heyətlə İş üzrə Baş İdarəsinin baş zabiti, polkovnik-leytenant Emin Səfərovun iştirakı ilə Müdafiə Nazirliyinin HHQ-nin hərbi hissələrinə plan üzrə baxış keçiriblər.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə, o cümlədən zabit, gizir və müddətdən artıq xidmətdə olan hərbi qulluqçuların məişət şəraitinə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yataqxanalarına, əsgər yeməkxanalarına, tibb məntəqələrinə baxış keçirilib.

Hərbi qulluqçulara yaradılmış şərait, onlarla rəftar, qida və müalicə işinin keyfiyyəti, şəxsi heyətlə ideoloji işdə Milli Qəhrəman Mübariz İbrahimova və Xocalı Soyqırımına həsr edilmiş stendlərdən istifadə edilməsi müsbət qiymətləndirilib.

Qeyd olunub ki, hərbi şəhərcikdə zabit, gizir və müddətdən artıq xidmətdə olan hərbi qulluqçular üçün hər birində 50 mənzil və hər mənzil 3 otaqdan ibarət olmaqla 2 beşmərtəbəli yaşayış binası tikilərək istifadəyə verilib: “Üçüncü eyni tipli binada isə tikinti işləri tamamlanmaq üzrədir. Hərbi şəhərcikdə həqiqi xidmətdə olan hərbi qulluqçuların uşaqları üçün 60 yerlik “Qaranquş” adlı müasir tipli uşaq bağçası və orta məktəb fəaliyyət göstərir”.

Ombudsman Aparatının əməkdaşları müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş keçirib, insan hüquqlarının qorunması, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar apardıqları söhbətlər zamanı xalqımıza qarşı törədilmiş hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR