Bakı-Tbilisi-Qars dəmir yolunun “Marabda-Kartsaxi” hissəsində sınaq qatarı hərəkət edib

Bakı-Tbilisi-Qars dəmir yolunun “Marabda-Kartsaxi” hissəsində sınaq qatarı hərəkət edib
# 21 dekabr 2015 15:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolunun “Marabda-Kartsaxi” hissəsində sınaq qatarı hərəkət edib.

APA-Economics” AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, sınaq qatarının yeni sahədə hərəkəti uğurlu olub: “Bakı-Tbilisi-Qars dəmiryolu həm Gürcüstan üçün, həm də bütün region üçün çox mühüm layihədir. Bu magistral böyük iqtisadi və geosiyasi funksiyalara malikdir. Magistralın işə salınması nəticəsində Asiyadan Avropaya dəmiryol xətti açılacaq”.

“Marabda-Kartsaxi dəmiryolu” MMC-də bu hadisəni “bütün layihənin uğurla başa çatdırılması yolunda növbəti addım” adlandırıblar.

Sınaq qatarının bu marşrut üzrə hərəkəti Yeni İpək Yolu üzrə hərəkət edən qatarın Tbilisiyə çatması ilə eyni vaxtda düşüb. 21 konteynerdən ibarət olan bu qatar Çindən Qazaxıstan, Xəzər dənizi və Azərbaycan ərazisi vasitəsilə Tbilisiyə çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR